22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - Video

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - Video 22 yaşlı Xanım Quliyeva 3 yaşlı oğlu ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Valideynləri bir həftədən çoxdur ki, qızlarından və nəvələrindən xəbər ala bilmirlər.
Anası Səlimə Babazadənin sözlərinə görə, qızının ailəsi ilə bağlı problemləri olub. Hətta həyat yoldaşı qaçmamışdan bir neçə gün öncə onu atası evinə gətirib və boşanacaqlarını bildirib.
Ana deyir ki, qız evdən çıxarkən pul və artıq paltar da götürməyib. Uşağını baxçaya aparıb, ordan da çıxıb gedib.
Qeyd edək ki, Xanım Quliyeva və 3 yaşlı oğlunun axtarışları Xəzər rayon polis idarəsində davam edir.



Təhsil-press.az

Oxşar xəbərlər