Deputat: Mediaya diqqət və qayğı dövlətin prioritetlərindəndir

Deputat: Mediaya diqqət və qayğı dövlətin prioritetlərindəndir Müasir Azərbaycan dövləti dünya ölkələri üçün nümunə sayıla biləcək addımları ilə daim fərqlənib. İqtisadi, sosial, mədəni sahələrdə novatorluq edən Azərbaycan media sahəsində də qlobal miqyasda yeniliyə imza atıb. Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısının nəticəsi olaraq, jurnalistlər üçün binalar inşa edilib və mətbuat nümayəndələrinin ailələrinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edilib. Bu, həqiqətən də dünyada analoqu olmayan tarixi hadisədir.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda mətbuata olan diqqət və qayğı, ölkədə söz və fikir azadlığının təminatı, plüralizmin bərqərar olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bəhrəsidir: “Həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda KİV sahəsində mühüm layihələr icra edilir. Bütün azadlıqların təminatı ilə yanaşı, jurnalistlərin sosial problemlərinin həlli məsələsi də daim dövlətin diqqət mərkəzində olub. Bu qayğının ən bariz nümunəsi isə jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardır”.
O qeyd edib ki, media nümayəndələri arasında elə jurnalistlər var idi ki, ümumiyyətlə onların ev almaq arzuları xəyal olaraq qalırdı: "Amma Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində onlar da mənzil sahibi oldular".

Tehsil-press.az

Oxşar xəbərlər