Xırdalanda YANĞIN: sakinlər təxliyə edildi

Xırdalanda YANĞIN: sakinlər təxliyə edildi Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan, təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.
Təhsil-press.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər