Pomidor niyə bahalaşıb?

Pomidor niyə bahalaşıb? Pomidorun bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İstehlakçılar bildirib ki, 1 manat 60 qəpikdən aşağı pomidor tapmaq müşkülə çevrilib. Hətta bəzi supermarketlərdə pomidorun kilosu 2 manatdan satılır.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: “Əsasən də pomidorların Rusiya bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir.
Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur.

Təhsil-press.az

Oxşar xəbərlər