Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı “Rosselxoznadzor” idarəsinin Dağıstan Respublikası üzrə mütəxəssisləri Rusiya Federasiyasının dövlət sərhədinin Dağıstan ərazisindəki "Yaraq-Qazmalyar" buraxılış məntəqəsində Azərbaycandan gedən 16,2 ton pomidoru saxlayıblar.

Təhsil-press.az bildirir ki, xəbəri idarənin mətbuat xidməti yayıb.
Bildirilir ki, saxlanmaya səbəb məhsulda zərərli karantin obyektinin- Cənubi Amerika tomat güvəsinin (TutaabsolutaPovolny) aşkar edilməsi olub.
Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərininə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.

Təhsil-press.az

Oxşar xəbərlər