Bazardan alınan pomidorun içərisindən yenidən cücərməyə başlayan pomidor kökləri çıxdı.
Maraqlı hadisə paytaxtın Sabunçu rayonunun sakinin başına gəlib. Ekspertlər bunun səbəbini məhsulun həddən artıq gübrələnməsində görürlər. Belə məhsul insan sağlamlığına ciddi təhlükə törədir.
Pomidor alıb kəsdilər tumlarının yenidən cücərdiyini gördülər. Bu qeyri adi halla rastlaşan Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Əliyevlər ailəsi pomidoru yeməkdən imtina ediblər. Ailənin üzvü Elmar Əliyev deyir ki, aldıqları bir qutu pomidordan bir neçəsi belə çıxıb.
Elmar Əliyev indiyədək belə bir halla rastlaşmadıqlarını deyir. Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bildirir ki, pomidorun bu hala düşməsinə səbəb onun həddindən çox gübrələnməyə məruz qalmasıdır.
Ekspertin sözlərinə bu pomidorlar istifadəyə tam yararsızdır və hətta insanların zəhərlənməsinə də səbəb ola bilər. Bazarlarda təbii üsulla yetişdirilmiş pomidoru seçmək üçün isə bəzi məqamlara diqqət etmək lazımdır.
Mütəxəssis belə hallar baş verdikdə hüquq-mühafizə orqanlarına məlumat verməyi və insanların sağlamlığından daha çox öz ciblərini düşünən belə məhsul istehsalçılarının cəzalandırılmalı olduğunu bildirir.
Tehsil-press.az