Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır” ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur.
Bunu İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışında bəyan edib.
“ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edərək özünə qarşı etimadı sarsıdır”, deyə H.Ruhani bildirib.
İran prezidenti Donald Trampın BMT-dəki çıxışını kobud, absurd və nifrət dolu adlandırıb. Ötən gün ABŞ lideri İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib.
Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.
BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.

Təhsil-press.az

Oxşar xəbərlər