Elmar Məmmədyarov Belçika və Malayziyanın xarici işlər nazirləri ilə görüşüb

Elmar Məmmədyarov Belçika və Malayziyanın xarici işlər nazirləri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın Xarici İşlər Naziri Didye Reynders və Malayziyanın Xarici İşlər Naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.
Keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu məmnunluq ifadə edilib.
Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər