Xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub və Hökumətlərarası Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib. Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərimizin inkişafı baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulanıb.
İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Təhsil-press.az