Ermənistanın yeni baş naziri ölkədəki iqtisadi durumu "həddən artıq çətin" adlandırıb

Ermənistanın yeni baş naziri ölkədəki iqtisadi durumu Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.

Tehsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, K.Karapetyan bu barədə parlamentdə çıxış edib: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil. Amma biz iqtisadiyyatın inkişaf istiqamətlərini tapacağıq". Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 13-də K.Karapetyanı istefaya getmiş baş nazir Ovik Abramyanın postuna təyin edib.


Tehsil-press.az

Oxşar xəbərlər