Putinin “coker”ləri və Medvedevin 7 potensial VARİSİ

Putinin “coker”ləri və Medvedevin 7 potensial VARİSİ Gözlənildiyi kimi, Vladimir Putin ilin sonunda dördüncü prezidentlik müddətinə gedib-getməmək barədə qərarını elan edəcək. Hələ o da dəqiq deyil ki, onun namizədliyi özü, yoxsa “Vahid Rusiya” Partiyası tərəfindən irəli sürüləcək. Həmçinin aydın deyil ki, Putin seçicilərə hansı proqramı təqdim edəcək. Amma əsas məsələ odur ki, dövlətdə ikinci postu - baş nazir kreslosunu kim sahiblənəcək. Bir neçə variant var: Dmitri Medvedevin bu postda saxlanılmasından tutmuş, baş nazir vəzifəsinin ləğvinə qədər.
Tehsil-press..az xəbər verir ki, Gazeta.ru saytının mənbələrinin məlumatına görə, hökumət aparatı və əsas nazirliklərin yüksək vəzifəli əməkdaşlarının bir hissəsi yeni iş yeri axtarırlar.
Onlar 2018-ci ilin martında prezident seçkiləri ərəfəsində hökumətdəki istefalara və yeni kabinetin formalaşmasına hazırlaşırlar. Kimsə Dmitri Medvedevin baş nazir postunda qalacağını hesablamır.
Gazeta.ru baş nazir postuna potensial namizədlərin reytinqini təqdim edib.
1. Gənc texnokrat, iqtisadi inkişaf naziri Maksim Oreşkin
Maksim Oreşkin 2016-cı ildə Aleksey Ulyukayevin rüşvətdə ittiham edilməsindən sonra İqtisadi İnkişaf Nazirliyinin başçısı postunu tutub. Təxminən bir il əvvəl “Bloomberg” agentliyi Oreşkini Vladimir Putinin yeni favoriti adlandırdı. Kreml və hökumətdəki çoxsaylı mənbələr isə onu baş nazir vəzifəsinə əsas namizədlərdən biri adlandırır. Maksim Oreşkin həmçinin 2024-cü ilə qədər Rusiyanın ictimai-iqtisadi inkişafı proqramlarından birinin müəllifidir. Sənəd hələ ki, heç bir yerdə dərc edilməyib.
2. Dövlət dumasının sədri Vyaçeslav Volodin
Vyaçeslav Volodin prezident administrasiyasının ən nüfuzlu rəhbərlərindən biri idi və müşahidəçilərin bir hissəsi onun parlamentə keçidini karyerasında enmə adlandırdılar. Amma Kreml hökumətin parlament tərəfindən formalaşması üzrə variantı reallaşdırmağa qərar versə, onda Volodinin səhmləri qalxacaq. Təcrübəli bürokrat Nazirlər Kabinetinin başçısının kreslosunu tuta bilər. Lakin o “parlament manevri” olmadan da baş nazir kreslosunda otura bilər.
3. Peşəkar qadın, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
Vladimir Putin bir neçə ildir ki, bu qadınla işləyir və onu qiymətləndirir. O, Putinin birinci prezidentlik müddəti üçün proqramın hazırlamasında iştirak edib. Daha sonra iqtisadi inkişaf naziri, nazir müavini və prezidentin köməkçisi vəzifələrində işləyib. Nabiullina Rusiyada Mərkəzi Bankın inflyasiya ilə mübarizəsində fantastik müvəffəqiyyətlərə nail olmağı bacarıb.
4. Bürokrat iqtisadçı, Rusiya prezidentinin köməkçisi Andrey Beloysov
İqtisadi İnkişaf Nazirliyinin daha bir keçmiş rəhbəri - Andrey Beloysov bu gün ekspert mərkəzlərinin hazırladığı iqtisadi proqramlarla Prezident Administrasiyasının işini əlaqələndirir. O, təcrübəli məmurdur və savadlı iqtisadçıdır.
5. Renovator, Moskvanın meri Sergey Sobyabin
Sobyabin özünü ölkənin əsas renovatoru (yenidənqurma, dağılmış və ya köhnəlmiş bir strukturun təkmilləşdirilməsi prosesi –red.) kimi tanıdıb.
6. Effektiv menecer, “Əmanət” Bankın prezidenti German Qref
O, Vladimir Putinin komandasının çoxdankı üzvüdür, hələ Sankt-Peterburq meriyasında onunla işləyirdi. 2000-2007-ci illərdə federal hokümətdə iqtisadiyyat naziri olub. “Əmanət” Bankını sovet müəssisəsindən kifayət qədər nüfuzlu müasir kredit təşkilatına çevirib.
7. Adlı-sanlı islahatçı, “Strateji Təşəbbüslər Mərkəzi” Fondunun başçısı Aleksey Kudrin
Vladimir Putinin “dördüncü prezidentlik müddəti”nin proqramlarından biri Aleksey Kudrinin rəhbərliyi altında “Strateji Təşəbbüslər Mərkəzi” Fondunda yazılıb. Dmitri Medvedevin ünvanına kəskin sözlərə görə hökumətdəki yerini itirmiş sabiq maliyyə naziri deyib ki, müdafiə və dövlət aparatına xərclərin azaldılmasını, təhsilə daha çox pul ayrılmasını, həmçinin təqaüd yaşının artırılmasını dəstəkləyir. Kudrin Putinin qulaq asdığı insanlardan biridir və bütün parametrlər üzrə baş nazir vəzifəsinə yaxındır. Amma qərarların qəbul olunmasında həddən artıq müstəqillik tələb edir.
Coker
Vladimir Putin, məlum olduğu kimi, gözlənilməz gedişləri sevir. Mixail Fradkov və Viktor Zubkov baş nazir postuna potensial namizədlər arasındadır. Fradkovun xüsusi xidmət orqanlarında iş təcrübəsi var, Zubkov isə meriyada Putinlə işləmiş Sankt-Peterburq fəalıdır. Və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Federal Gömrük Xidmətinin başçısı Vladimir Bulavin, Kalininqrad vilayətinin başçısı Anton Əlixanov, Novqorod qubernatoru Andrey Nikitin, Sevastopol qubernatoru Dmitri Ovsyannikov, Udmurtiyanın başçısı Aleksandr Breçalov Medvedevi əvəz edəcək şəxslər arasındadır. Ümumiyyətlə, prezidentdə çoxlu “coker” var və çox maraqlı qərarlar ola bilər.

Təhsil-press.az

Oxşar xəbərlər