Şamaxıda dağda köməksiz qalan Rusiya vətəndaşlarının adları məlum oldu

Şamaxıda dağda köməksiz qalan Rusiya vətəndaşlarının adları məlum oldu Şamaxı rayonunda köməksiz vəziyyətdə qalan iki nəfər Rusiya vətəndaşının adları məlum olub.
Oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.
Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə onların yeri müəyyən edilərək xilas ediliblər və Bakı şəhərinə yola salınıblar.

Təhsil-press.az

Oxşar xəbərlər