Şamaxıda göldə batan 3 yeniyetmənin şəxsiyyəti müəyyənləşdi

Şamaxıda göldə batan 3 yeniyetmənin şəxsiyyəti müəyyənləşdi Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib.
Tehsil-press.az-ın xəbərinə görə, ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.
Onların Şamaxı rayonu, Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

* * *20:24
Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.
tehsil-press.az-ın məlumatına görə, hadisə bu gün saat 18 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.
Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər