Bakıda 21 yaşlı qız mənzildə ölmüş vəziyyətdə tapıldı

Bakıda 21 yaşlı qız mənzildə ölmüş vəziyyətdə tapıldı Paytaxtda mənzildə qadın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Tehsil-press.az FHN-in saytına istinadən bildirir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1995-ci il təvəllüdlü Acalova Nərmin Faiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 18:49-da başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər