Əmək bazarının tələbatını daha dolğun təmini ilə əlaqədar 2016-2017-ci tədris ilində mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və işəgötürənlərin sifarişlərinə əsasən “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na əlavə olunmuş 15 yeni ixtisas üzrə kadr hazırlığına başlanılıb.
Bunu təhsil-press.az-a Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili deyib.
A.Əlili vurğulayıb ki, suvarma sistemlərinin operatoru, soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator, tədbir və mərasimlərin təşkilatçısı, bağban-dekorator, ağac nəqqaşı, quru inşaat və suvaq işləri ustası, daşdoğrayan maşın operatoru, oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş), bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi belə ixtisaslardandır. Eyni zamanda, 2016-2017-ci tədris ilindən regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə uzun illər tədris olunmayan pambıqçı, baramaçı, tütün ustası kimi ixtisasların tədrisinə də başlanılıb.
Azərbaycanda peşə hazırlığı prosesinin daha da genişlənməsi istiqamətində islahatların həyata keçirildiyini deyən şöbə müdiri bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən peşə təhsilini iqtisadiyyatın hazırkı inkişafına uyğunlaşdırmaq, qeyri-neft sektoru üzrə müasir tələblər səviyyəsində kadr hazırlamaq qarşıya qoyulan əsas hədəflərdəndir. Əmək bazarının tələbləri nəzərə alınmaqla peşə təhsili müəssisələrində tədris olunan ixtisaslara yenidən baxılır. Belə ki, bəzi ixtisaslar ləğv olunur, eləcə də işə götürənlərin sifarişləri əsasında yeniləri yaradılır.
Təhsil-press.az