Xəzər Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın ilk 100 universiteti arasında

Xəzər Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın ilk 100 universiteti arasında 2017-ci il oktyabrın 17-də QS təşkilatı tərəfindən 2017/18-ci il tədris ili üçün inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin illik reytinqi müəyyənləşdirilmişdir.
Reytinq siyahısına Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan 20 ölkəsinin ən yaxşı 250 ali təhsil müəssisəsinin adı daxil edilmişdir: Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna.
Reytinq siyahısına görə, Xəzər Universiteti 100-cü yeri tutmuş və regionun ilk 3,4% ən yaxşı universitet sırasında qərarlaşmışdır.
Xəzər Universiteti işəgötürənlərin nüfuzuna, beynəlxalq tələbələrin qəbuluna və xarici müəllimlərin sayına görə də Azərbaycan universitetləri arasında birinci yeri tutmuşdur.

Mətbuat xidməti




Oxşar xəbərlər