ADU-nun adı nüfuzlu reytinq siyahısında

ADU-nun adı nüfuzlu reytinq siyahısında Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin universitetlərinin 2016-cı ilin ikinci yarımili üçün reytinqini açıqlayıb. Siyahıda ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür. Sevindirici haldır ki, ölkəmizin bir neçə universitetinin də adının düşdüyü reytinq siyahısında Azərbaycan Dillər Universitetinin (ADU) də adı öz əksini tapıb. ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısında Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər dövlətlərin universitetləri də yer alıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər