Oktyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil (“Education 2017”) sərgisi keçiriləcək.
Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək. Tədbirdə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Belə ki, sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Sağlam təhsil ̶ sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim olunacaq. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələrin oxunacağı, startapçıların çıxışı və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları bacarıqlarını göstərəcəklər.
Sərgidə 14 ali təhsil müəssisəsinin, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dillər Universitetinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələrin universitet, kollec, ümumi təhsil müəssisələri, təhsil mərkəzləri təqdim ediləcək.
Bu il geniş işgüzar proqramı ilə fərqlənəcək təhsil sərgisində “Mənim gələcək peşəm və ona gedən yol” mövzusunda seminar keçiriləcək. Ümumilikdə, sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və təlimlər üzrə proqramlar təqdim ediləcək. İştirakçılar bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Tədbirin baş sponsoru respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sərginin reallaşmasına dəstək göstərəcək. Tədbirin təşkilatçısı isə “Caspian Event Organisers (CEO)” şirkətidir.
Təhsil-press.az