X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib Oktyabrın 6-da "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisinə dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında bildirilib ki, “Təhsil” sərgisi təhsil xidmətləri üzrə ən böyük tədbirdir. Artıq 10-cu ildir keçirilən sərgidə indiyədək 800 şirkət iştirak edib.
Bu il “Təhsil” sərgisində Azərbaycan, Türkiyə, Almaniya, Latviya, Litva, Çexiya, Polşa, Belarus, Macarıstan, İordaniyanın ali təhsil müəssisələri, kollec və təhsillə bağlı təşkilatların nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.
Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,Azərbaycan Texniki Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, eləcə də “İT Step Academy” olacaq. Ümumilikdə sərgidə 14 ölkədən 118 müəssisə iştirak edəcək.
Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyi öz stendində ”Maarifçi" Tələbə Kredit Fondu, “SABAH”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələrini təqdim edəcək. Stendlərdə həmçinin, Fransız-Azərbaycan Universiteti (UFAZ) də yer alacaq.
10-cu Beynəlxalq Təhsil Sərgisi 7-9 oktyabr tarixlərində keçiriləcək. Sərginin təşkilatçısı  “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

Tehsil-press.az

Oxşar xəbərlər