Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin nəticələri elan olundu. Fərdi layihələr çərçvəsində bütün respublika müəllimlərinin və tələbələrin faydalana biləcəyi “STEM Azərbaycanda” layihəsi innovativ təlim texnologiyası olan STEM-in Azərbaycan təhsilinə inteqrasiyasını və kütləvi-açıq-onlayn-kurs (MOOC) üsulunu özündə ehtiva edir. Layihə barədə bütün məlumatlar layihənin rəsmi saytında http://www.stemazerbaycanda.com/ yerləşdirilmişdir.
STEM təlim texnologiyası – texniki və təbiət fənlərin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır. STEM termini Science - təbiət elmləri, Technology - texnologiya, Engineering - mühəndislik ve Mathematics - riyaziyyat sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni təlim texnologiyalarından biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin aylıqda yox, birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi nəzərdə tutulur. Hal–hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya, Koreya və Almaniyadır. Bu təlim texnologiyasının əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqları”nı formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu təlim texnologiyası ilə qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin STEM əsaslı qurula bilməsi üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, seçilmiş modellər nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin hazırlanmasında və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM təlim texnologiyası tətbiq olunan məktəblərdə müəllimlərə öncədən xüsusi təlimlər keçirilir.
“STEM müəllimləri” onlayn kursunun hədəf qrupu biologiya, kimya, coğrafiya, ekologiya, astronomiya, riyaziyyat, fizika, texnologiya və informatika fənn müəllimləridir. Layihədən faydalanmaq istəyən müəllimlər, tələbələr aşağıdakıları icra etməlidir:
I addım: Layihənin rəsmi facebook sosial səhifəsinin üzvü olmaqla, ən son məlumatları izləmək:https://www.facebook.com/groups/1961230137497861/?ref=bookmarks
II addım: Layihənin rəsmi saytında yerləşdiriləcək təlim modullarında iştrirak etmək: http://www.stemazerbaycanda.com/
III addım: onlayn təlimlər üçün qeydiyyatdan keçmək: http://www.stemazerbaycanda.com/p/kursa-qeydiyyat.html
Qeyd edək ki, 16 oktyabr tarixindən başlayan onlayn təlim kursu ümumilikdə 4 təlimdən ibarətdir. Qiymətləndirilmə nəticələrinə görə müdavimlər dinləyici və STEM müəllimi statuslu e-sertifikatlarla təmin olunacaqlar.Sertifikatlar hər iştirakçının e-mailinə göndəriləcək. Layihə çərçivəsində, respublika müəllimlərini təbiət və texniki fənlərinin tədrisi zamanı yeni təlim texnologiyası olan STEM-in tətbiqinə stimullaşdırmaq məqsədilə, “Azərbaycanda STEM müəllimləri” onlayn müsabiqənin keçirilməsi planlaşdırılır. Müsabiqəyə işlərin qəbulu 10 noyabr tarixindən başlayacaq. Müsaiqəyə iş təqdim etmiş bütün iştirakçılar iştirakçı e-sertifikatı, qalib və fərqlənənlər isə 20 dekabr tarixində keçirilməsi nəzərdə tutulan təltifetmə tədbiri zamanı diplomlarla təlitif ediləcək. Layihə çərçivəsində rellaşdırılacaq onlayn təlim kursu və onlayn müsabiqənin iştirakçısı olmaq üçün saytda qeydiyyatdan keçmək tələb olunur.

Layihə rəhbəri: Aliyə Əhmədova
“Ən yaxşı müəllim müsabiqəsinin qalibi, Microsoft İnnovativ Educator
Sumqayıt ş., 1 nömrəli tam orta məktəbin fizika müəllimi