Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) keçirilən “İkinci bilik sərgisi”ndə iştirak ediblər.
Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə kompleksin 7-10-cu sinif şagirdlərinin 35-dən çox müxtəlif mövzuda hazırladıqları layihələrə bu ali məktəblə yanaşı, Qafqaz Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu, STEM təhsil mərkəzi, “ULTRA Texnologiyalar” şirkəti, “HELP” mühəndislik proqramı və “Alma store” şirkətləri də öz stendləri ilə dəstək göstəriblər. Sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktik işlərlə nümayiş etdirmək imkanı qazanıblar.
Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
BİTK-nin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, yeni nailiyyətlər arzulayıb.
Sonra tədbir iştirakçıları şagirdlərin hazırladıqları layihələrlə tanış olublar.
Münsiflər heyəti tərəfindən qalib seçilən şagirdlərə sertifikat, medallar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, sərgidə ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-ni dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq layihə olimpiadalarında təmsil edəcəklər.

BANM-nin Mətbuat Xidməti