21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.
Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib.
Final turunda iştirak edəcək 534 nəfər şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282 nəfəri paytaxt, 252 nəfəri isə bölgə məktəblərinin payına düşür.
İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək.
Yekunda hər fəndən 30 nəfər qalib seçiləcək. Final mərhələdə 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fəndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.
Final turunda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim ediləcək.
Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirə edilməsinə şərait yaradılır.
İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanlarının, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədi ilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank”dəstək göstərir. “Kapital Bank” Təhsil Nazirliyi ilə birgə bir sıra layihələrin həyata keçirilməsində yaxından iştirak edib.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti
Onlayn xəbər abunə xidməti