Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Bakı şəhərinin ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları iştirak ediblər. Görüşün keçirilməsində məqsəd ADPU-da keçirilməsi nəzərdə tutulan “Açıq qapı günü”nün vaxtını, forma və məzmununu müəyyən etmək, eləcə də əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildirib. Belə görüşlər fikir və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ali məktəblə orta məktəblər arasında əməkdaşlıq əlaqələri genişləndirilməli, bu əlaqələrin keyfiyyəti yüksəldilməlidir. İkitərəfli əlaqələrin genişləndirilməsi təlim-tərbiyənin, tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edər. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Biz vahid bir prosesin tərkib hissəsi olaraq şəbəkə yaratmalı, güclü müəllim potensialı formalaşdırmalıyıq. Bilikli, savadlı, bacarıqlı gənclərin ADPU-ya cəlb edilməsinə böyük əhəmiyyət veririk. Hazırda ADPU-da “Ustad dərsləri” layihəsi həyata keçirilir. “Ustad dərslər” layihəsində ümumi təhsil məktəblərində çalışan, iş təcrübəsi və tədris nəticələri ilə fərqlənən müəllimlərin tədris etdikləri fənlər üzrə universitetimizdə uyğun fənnin tədrisi metodikasından ustad dərsləri aparmaları nəzərdə tutulur. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin mövcud bazasında adları yer alan, əməkdar müəllimlər, 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən, müxtəlif təltiflərə layiq görülən, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” üzrə təhsil almış müəllimlər cəlb ediliblər. Bu layihə çərçivəsində paytaxtın tanınmış məktəblərinin qabaqcıl müəllimləri yeni təlim metodları əsasında ADPU-da ustad dərsləri keçirlər.
Rektor qeyd edib ki, bu gün respublikamızda müəllim hazırlığına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək hazırlıqlı peşəkar pedaqoji kadrların hazırlanmasını vacib bir vəzifə kimi bizim qarşımıza qoyub. Təhsil Nazirliyi cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, pedaqoji fəaliyyətinin stimullaşdırılması üçün davamlı və səmərəli fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilində “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və 500-dən yuxarı bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Builki tədris ilində 500 və 500-dən yuxarı bal toplayıb ADPU-nu seçənlərin sayı 117 nəfərdir. Müqayisə üçün qeyd edək ki, 2014-2015-ci tədris ilində bu rəqəm 18 olub. Bunun səbəbi ölkəmizdə müəllim peşəsinə maraqın artması ilə izah edilir. Azərbaycanda həm də orta məktəb müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Bu da təbii ki, müəllim əməyinin və pedaqoji fəaliyyətin stimullaşdırılmasına xidmət edən mühüm bir addımdır.
Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Fizika və texnologiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, 328 nömrəli tam orta məktəbin direktoru Asif Nəbiyev, 315 nömrəli tam orta məktəbin direktoru Dadaş Əliyev, 19 nömrəli tam orta məktəbin direktoru Akif Əliyev, 188 nömrəli tam orta məktəbin direktoru Sabir Mahmudov və başqaları çıxış edərək müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması, müasir tələblərə cavab verən yeni dərsliklərin yazılması, pedaqoji təcrübənin səmərəli təşkili, şagirdlərin elmi araşdırmalara cəlb edilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər. Sonda aprelin 15-də ADPU-da “Açıq qapı günü” keçirilməsi qərara alınıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi