Azərbaycanlı müğənni ikinci dəfə BOŞANDI

Azərbaycanlı müğənni ikinci dəfə BOŞANDI Azərbaycanlı müğənni Elşad Qarayevin oğlu, ifaçı Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb.
Publika.az-ın məlumatına görə, tanınmış ifaçı bu barədə “Show time” verilişində deyib. O, bildirib ki, ilk dəfədir ki, boşandığını mətbuata açıqlayır: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11-də evdə oluram. Çünki, çox gəzən ayağa daş dəyər”.
R.Qarayev daha sonra bildirib ki, 3-cü dəfə ailə qurmayacaq: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.

Azərbaycanlı müğənni ikinci dəfə BOŞANDIAzərbaycanlı müğənni ikinci dəfə BOŞANDI

Tehsil-press.az

Oxşar xəbərlər