Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO Ölkədə boşanma hadisələrinin artması şübhəsiz şou-biznes aləmində də müşahidə olunur.

Təhsil-press.az yerli şou-biznesdə ən çox ailə quran məşhurların adlarını təqdim edir:
Xalq artisti Flora Kərimova 3 dəfə nikahda olan məşhurlar sırasındadır. Onun üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Müğənni Nura Suri də həmkarı kimi üç dəfə rəsmi nikaha daxil olub. Müğənni hazırda üç oğul anasıdır.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Son illərdə tez-tez Hindistana gedən tanınmış rəqqasə Oksana Rəsulova da üç nikahla şou-biznesin boşanmışları siyahısındadır. Onun son həyat yoldaşı isə reper Elşad Xose olub.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Aparıcı Ulvira Qarayeva isə iki dəfə rəsmi nikahda olub. Onun ikinci evliliyi "Toy olsun" verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə baş tutub. Onunla da boşanıb.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

"Şeron" qrupunun üzvü Rüstəm Zeynallı iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Müğənni İzzət Bağırovun da ilk evliliyi sona qədər olmayıb və ikinci dəfə evlənib. İkinci evliliyindən isə üç uşağı dünyaya gəlib.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Meyxanaçı Namiq Qaraçuxurlu isə ötən il ikinci dəfə evlənib.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Əməkdar artist Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır. Əməkdar artist müsahibələrinin birində gələcəkdə beşinci dəfə də evlənə biləcəyini vurğulayıb.

Ən çox evlənib-boşanan məşhurlarımız - Kimi 3, kimi də 4 dəfə... - FOTO

Təhsil-press.az

Oxşar xəbərlər