UNEC-UBİS ikili magistr proqramına qəbul başlanıb

UNEC-UBİS ikili magistr proqramına qəbul başlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbində 2017/2018-ci il üçün UNEC-UBİS ikili diplom proqramına qəbul başlanıb.
UNEC ilə İsveçrənin Cenevrə şəhərindəki UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin (BBTU) ikili magistr dərəcə proqramı biznesin idarə edilməsi, beynəlxalq əlaqələr, bank işi və maliyyə üzrə magistr ixtisasları üzrə həyata keçirilir.
UNEC-BBTU ikili magistr dərəcə proqramı 15 fənn, o cümlədən UBEC-də 10 fənn, BBTU tərəfindən beş fənn və bir tədqiqat işindən ibarətdir. BBTU tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda, biri isə Cenevrədə təşkil olunur.
Qeyd edək ki, UNEC-UBİS ikili diplom proqramının növbəti məzunları proqramı uğurla başa vurub İsveçrənin UBİS universitetinin məzunu kimi MBA diplomu alıblar.

UNEC-in Mətbuat xidməti


Oxşar xəbərlər