Finlandiya Milli Təhsil Agentliyinin ali təhsil üzrə proqram rəhbəri xanım Annika Sundbak-Lindros Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-də tətbiq edilən yeniliklərdən danışan Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Anar Kazımov Avropanın ən yaxşı ali məktəbləri ilə ikili diplom proqramları haqqında məlumat verib. A.Kazımov UNEC-in Finlandiya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, xüsusilə ikili diplom proqramlarının mümkünlüyünü qeyd edib.
UNEC-də həyata keçirilən yenilikləri yüksək dəyərləndirən Annika Sundbak-Lindros Finlandiya universitetləri ilə əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.
İkitərəfli əlaqələrin inkişafı üçün real əməkdaşlıq imkanları müzakirə olunub.

UNEC-in Mətbuat xidməti