Dövlət İqtisad Universiteti Uludağ Universiteti ilə ikili magistr proqramına başlayıb

Dövlət İqtisad Universiteti Uludağ Universiteti ilə ikili magistr proqramına başlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin Uludağ Universitetinin dəvəti ilə Bursa şəhərində olub.
Səfər çərçivəsində Uludağ Universiteti ilə UNEC arasında maliyyə və biznesin idarə edilməsi ixtisaslarında magistratura pilləsi üzrə ikili diplom proqramlarının açılması məqsədilə müvafiq müqavilə imzalanıb.
Ə.Muradov, həmçinin Uludağ Universitetinin Türk Ocaqları ilə birgə təşkil etdiyi “Hər il bir böyük türk: Məhəmmədhüseyn Şəhriyar” beynəlxalq elm festivalının açılış mərasimində çıxış edib.
Səfər çərçivəsində Ə.Muradov Bursada iqtisadiyyat üzrə təhsil alan bir qrup Azərbaycanlı magistr və doktorantlarla da görüşüb və onların akademik karyeralarını UNEC-də davam etdirmək imkanlarını müzakirə edib.

UNEC-in Mətbuat Xidməti


Dövlət İqtisad Universiteti Uludağ Universiteti ilə ikili magistr proqramına başlayıbDövlət İqtisad Universiteti Uludağ Universiteti ilə ikili magistr proqramına başlayıb

Oxşar xəbərlər