Azərbaycan və alman həkimlər simpozium keçirəcək

Azərbaycan və alman həkimlər simpozium keçirəcək Bakıda birinci Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək.
Tədbirə Almaniyanın Köln və Aachen Universitet klinikalarında fəaliyyət göstərən mütəxəssislər Tibb elmləri doktoru Nuran Abdullayev, Tibb elmləri doktoru Volker Maus və Professor, Tibb elmləri doktoru Anastasios Mpotsaris qatılacaq.
Həmvətənimiz Nuran Abdullayev artıq 4 ildən çoxdur ki, Almaniyanın Köln Universitet Klinikasında çalışır və ən qısa zamanda böyük elmi uğurlara imza atıb. Gənc həkim tədbirdə bugünə qədər Radiologiya sahəsində etdiyi elmi araşdırmalarını və müasir diaqnostikaya gətirdiyi yeniliklərdən azərbaycanlı həkimlərə bəhs edəcək və həkimlərimizi maraqlandıran yeniliklərdən söhbət açacaq.
Tədbir Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının akt zalında keçiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər