İsrailli mütəxəssislər Tədris Cərrahiyyə Klinikasında seminara başlayıblar

İsrailli mütəxəssislər Tədris Cərrahiyyə Klinikasında seminara başlayıblar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrailin Ben-Qurion Universiteti əməkdaşlarının keçirdiyi “Düzgün kliniki praktika” mövzusunda seminarın açılış mərasimi olub.
Mərasimdə çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev bu cür beynəlxalq tədbirlərin klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacağını bildirib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova isə qonaqları auditoriyaya təqdim edərək, İsrailin ali təhsil ocaqları ilə elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Seminarın keçirilməsinə dəstək olan İsrailin ölkəmizdəki səfirliyinin nümayəndəsi, səfirin müavini Amir Rom əlavə edib ki, Azərbaycan-İsrail əməkdaşlığı tək bu istiqamətdə deyil, həmçinin gələcəkdə universitetlər arasında həkim və tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməlidir. Onun sözlərinə görə, Ben Qurion universiteti və ATU arasındakı əməkdaşlıq Azərbaycanda anadan olmuş və hazırda İsraildə həmin universitetdə fəaliyyət göstərən Aleks Geftlerin təşəbbüsü ilə başlayıb.
Seminar israilli mütəxəssislərin mühazirələri ilə davam edib.
Seminarda ATU ilə yanaşı, Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi və Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak edirlər.

ATU-nun Mətbuat Xidməti


İsrailli mütəxəssislər Tədris Cərrahiyyə Klinikasında seminara başlayıblarİsrailli mütəxəssislər Tədris Cərrahiyyə Klinikasında seminara başlayıblarİsrailli mütəxəssislər Tədris Cərrahiyyə Klinikasında seminara başlayıblar

Oxşar xəbərlər