Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Həkim Gününə həsr olunmuş tədbir keçirilib.
Bu Gün münasibətilə bütün həkimləri təbrik edən klinikanın ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev bu tarixin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu gün bütün dünya həkimlərinin həmrəylik və birliyini nümayiş etdirir. Çünki, həkimin əsas məqsədi istənilən millətdən olan pasiyentlərin sağlamlığını qorumaq və yaxşılaşdırmaqdır. Həkimlik çətin və məsuliyyətli olduğu qədər həm də çox şərəfli peşədir.
ATU-nun Mətbuat Xidməti