“Neft o ölkələrə fəlakət gətirir, Azərbaycana isə…” - Prezident

“Neft o ölkələrə fəlakət gətirir, Azərbaycana isə…” - Prezident “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var”.
Bu sözləri iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə prezident İlham Əliyev deyib.
Neft-qaz amilinin rolundan danışan dövlət başçısı bildirib: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

Tehsil-press.az


Oxşar xəbərlər