Koreya şirkətləri neft-kimya zavodlarının tikilməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Gyu deyib.
Energetika sahəsində əməkdaşlıqdan danışan səfir Cənubi Koreyanın xüsusilə neft-kimya sahəsində rəqabətqabiliyyətli olduğunu deyib: “Biz neft və ya qaz hasil etmirik. Amma çoxlu neft-kimya məhsulları istehsal edir və onları xarici ölkələrə göndəririk. Bu məhsullar ölkəmizin ixracatında birinci yeri tutur. Bizim ölkələrimiz bu sahədə əməkdaşlıq edə bilər”.
Səfir hazırda Sumqayıtda Koreya şirkətlərinin biri tərəfindən mineral gübrələr istehsal edən zavodun tikildiyini deyib.
Tehsil-press.az