ABŞ-da nəhəng neft yatağı aşkarlantdı

ABŞ-da nəhəng neft yatağı aşkarlantdı Texas ştatında ABŞ tarixinin ən böyük neft hövzəsi aşkarlanıb. Onun hasil edilə bilinəcək ehtiyatları 20 milyard barel neft və 16 trilyon kubmetr qaz həcmindədir.

“Bloomberg” bu ehtiyatların $900 milyard dəyərində olduğunu yazıb.
"Bu, bizim indiyə qədər gördüyümüz ən nəhəng neft yatağıdır. Demək, milyardlarla barel neftin çıxarıldığı bölgələrdə hələ bundan sonra da milyardlarla barel neft hasil etmək olar",- bunu isə ABŞ-ın enerji resursları proqramının koordinatoru Uolter Hidroş deyib.
Qeyd edək ki, Texac ştatının Perm yatağında ilk neft ötən əsrin 20-ci illərində çıxarılıb. “Pioneer Natural Resources Co” şirkəti hesab edir ki, hazırda bu yataq Səudiyyə Ərəbistanındakı Havar neft yatağından sonra ikinci ən böyük ehtiyatlara malikdir.
İndiki məqamda bu hadisə neftin qiymətlərinin aşağı həddə qalmasına və bir qədər də ucuzlaşmasına gətirib çıxara bilər.

Tehsil-press.az

Oxşar xəbərlər