Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçiriləcək

Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçiriləcək 1-2 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir - 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas 2017” konfransı keçiriləcək.
ITECA-dan Təhsil-press.az-a verilən məlumata görə, regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

Təhsil-press.az

Oxşar xəbərlər