İraqda 200 azərbaycanlı qadın saxlanılıb

İraqda 200 azərbaycanlı qadın saxlanılıb İraq ordusu 200 Azərbaycan və 512 Rusiya vətəndaşını İŞİD üzvü olmaqda şübhəli bilərək saxlayıb.
Tehsil-press.az xəbər verir ki, bu barədə iraqlı deputat Vian Dahil Tvitter hesabında yazıb.
“İraq ordusu İŞİD üzvü olan 512 rusiyalı və 200 azərbaycanlı qadını həbs edib”,- deyə deputat yazıb.
Onların harada və nə vaxt saxlanıldıqları barədə isə məlumat verilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər