Sabahdan etibarən “Azəristiliktəchizat” ASC tərəfindən istilik verilməsinə başlanılacaq. Sözügedən qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, payız-qış mövsümünə hazırlıq işləri tam başa çatdırılıb:
““Azəristiliktəchizat” ASC-nin bu il işləməsi nəzərdə tutulan qazanxanaları vasitəsilə 3750 yaşayış binası, 275 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 800-ə yaxın digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub. Artıq qazanxanalarda bütün tədbirlər başa çatdırılıb. İstilik xəttləri təkrar hidravlik təzyiqlə yoxlanılıb.
Demək olar ki, hər hansı bir obyektdə problem aşkarlanmayıb. Noyabr ayının 15-dən Bakıda və respublikamızın regionlarında payız-qış mövsümünə başlanması nəzərdə tutulub. Sabah hər hansı bir problemin olacağı gözlənilmir. Xətlərin hamısı yoxlamadan keçirilib, normal vəziyyətdədir. Problem olsa da, bu dərhal aradan qaldırılacaq”.
Tehsil-press.az