Cəbhə bölgəsində pambıq əkininə başlanıb

Cəbhə bölgəsində pambıq əkininə başlanıb Cəbhə bölgəsində pambıq əkininə start verilib.

Bu barədə Təhsil-press.az-a açıqlamasında Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
İcra başçısı bildirib ki, hazırda rayonda 500 hektar ərazidə çiyid səpilib: "Ümumilikdə 3000 hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Əkiləcək sahələr aqrotexniki qaydalara uyğun hazırlanıb. Səpin üçün lazım olan bütün texnika və avadanlıqlar hazır vəziyyətdədir, yüksək keyfiyyətli toxum gətirilib".
İcra başçısı bildirib ki, 2016-cı il dekabr ayında Prezident İlham Əliyevin Ağdam rayonunda pambıqçılığın inkişafı ilə bağlı sərəncamında 30 subartezyan quyusunun vurulması da nəzərdə tutulub. Artıq həmin quyuların vurulması üçün lazım olan sənədlər hazırlanır.
R.Məmmədov bildirib ki, pambıq əkini aprelin sonuna qədər başa çatdırılmalıdır: "Əslində biz nəzərdə tutmuşduq ki, aprelin 20-dək səpin başa çardırılsın. Havaların qeyri-sabit keçməsi bu işdə bəzi ləngimələrə səbəb olub. Çalışırıq ki, aprelin sonuna qədər səpini başa çatdıraq".

Təhsil-press.az

Oxşar xəbərlər