"Formula 1" yarışı ilə əlaqədar aprelin ortalarından etibarən Bakının Niyazi küçəsində qəmbər daşların üzərində asfalt örtüyünün çəkilməsinə başlanılacaq. Bunu Təhsil-press.az-a Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai vurğulayıb ki, asfalt örtüyünün çəkilməsi prosesinin təqribən bir həftəyə qədər davam etməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, tikinti işləri aparılan zaman günün müəyyən saatlarında həmin ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər olacaq:
"Tikinti işləri aparılan zaman çalışırıq ki, yollar çox bağlanmasın. Bağlanan zaman isə əvvəlcədən bu barədə ictimaiyyətə məlumat veririk".
N.Arpadarai əlavə edib ki, "Formula 1" yarışı ilə bağlı nəzərdə tutulan digər işlər də plana uyğun olaraq davam edir: "Həmçinin aprel ayından etibarən tribunaların quraşdırılmasına başlanılacaq. "Abşeron" tribunasının tikintisinə aprel, digər tribunaların tikintisinə isə may ayında start veriləcək".
Şöbə müdiri əlavə edib ki, bilet satışı da nəzərdə tutulmuş qaydada həyata keçirilir: "45-dən çox ölkədən biletlər alınıb. Bakıda keçiriləcək "Formula 1" yarışlarına insanları cəlb etmək üçün digər ölkələrdə də müxtəlif tədbirlər həyata keçirilir".
Təhsil-press.az