Azərbaycan Universitetinin Fəhmin Zakirli (Kompüter mühəndisliyi, II kurs) və Orxan Rüstəmovdan (Kompüter mühəndisliyi, IV kurs) ibarət komandası “Xətt izləyən” (Line Follower) adlı robot yarışmasında III yeri tutub. Tələbələrimiz sertifikat və elektronika dəsti ilə mükafatlandırılıblar.
Müsabiqədə 4 komanda iştirak edib. Komandaların hazırladıqları robotlar müəyyən edilmiş qaydalar çərçivəsində yarışıblar. Yarışda iştirak edən robotlar elmi və praktiki baxımdan yüksək səviyyədə hazırlanıb. Bakı şəhər 310 saylı məktəbin 10-cü sinif şagirdi Cəlal Fətullayev də komandamızın tərkibində yarışıb.
“Xətt izləyən” (Line Follower) adlı robot yarışması Bakı Mühəndislik Universitetində keçirilmiş “Makers’ Days” tədbiri çərçivəsində baş tutub. “Öyrən, öyrət, qur, inkişaf et...” şüarı ilə təşkil olunmuş tədbirin məqsədi tələbələrin sektordakı böyük firma, şirkətlər və peşəkar mütəxəssislərin işləri və yeni texnologiyaları ilə əlaqəli məlumat ala bilmələri, eyni zamanda bu firma və şirkətlərin gələcəyin mühəndisləri ilə bu gündən tanış olmalarına şərait yaradılmasıdır.
İctimaiyyətlə əlaqələr şöbəsi