Çində keçirilmiş “Yizhan Daodi” bilik yarışmasında “Wangzai” adlanan süni intellektli robot insanları məğlub edib.
Təhsil-press.az xəbər verir ki, “Wangzai” yarışda geniş məlumat toplamaq qabiliyyəti və insanların sifətlərini təqlidetmə bacarığı ilə tamaşaçıların diqqətini çəkə bilib. Verilən sualları qavrayaraq dərhal cavablandıran robot Harvard Universitetinin məzunu da daxil olmaqla bütün rəqiblərini geridə qoyub.
“Wangzai”ni inkişaf etdirən “Sogou” texnologiya firmasının təmsilçiləri vurğulayıblar ki, müstəqil analizetmə, sürətli qavrama və reaksiyavermə xüsusiyyətlərinə malik olan robotun sualları cavablandırması millisaniyələrlə ölçülür.
Təhsil-press.az