Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası üzrə təhsil alan üç tələbəsi Kataloniya Politexnik Universitetində təşkil olunmuş HackUPC layihəsində iştirak etmək üçün İspaniyanın Barselona şəhərində olublar.
HackUPC texnika və texnologiya istiqamətli kreativ və yaradıcı gəncləri birləşdirən çox maraqlı tədbirdir. Burada iştirakçılar komanda şəklində işləyərək proqramlar, oyunlar, robotlar yaradır.
BANM-dən sözügedən layihədə 5-ci kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov, 3-cü kursdan isə Hacalı Bayramov iştirak edib. Tələbələrimiz müxtəlif ölkələrin İT (İnformasiya Texnologiyaları) sahəsindən gələn 700 tələbə ilə birlikdə yeni texnologiyaları öyrənib, maraqlı insanlarla tanış olub və əyləncəli vaxt keçiriblər. Layihənin əsas məqsədi tələbələr arasında İT yarışması olub və bu yarışma düz 36 saat davam edib. Bu zaman çərçivəsində onlar seçilmiş mövzuya uyğun İT həll hazırlayıblar.
Tələbələrimizin yarışdığı mövzu isə “Əlyazmaların kompüter köməyi ilə oxunması və istifadəçiyə təqdim olunması” olub. Qeyd edək ki, bu kateqoriyada iştirak edən 9 komanda arasında 2-ci yerə layiq görülən tələbələr Kataloniya Politexnik Universitetinin böyük marağına səbəb olublar.
Doğma Azərbaycanın və Bakı Ali Neft Məktəbinin adını daim tanıtmaq arzusuyla gənc mütəxəssislərimizə bu sahədə uğurlar diləyirik.
BANM-nin Mətbuat xidməti