İki rusu 17 il qul kimi işlətdi

İki rusu 17 il qul kimi işlətdi Bakı Ağır Cinayətlər Məhkəməsində rusları 17 il qul kimi işlədən 70 yaşlı Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevin məhkəməsi başlayıb.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən və zərərçəkənmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib. Əməyi istismar edilənlərdən biri, Aleksandr Kolesnikovun psixi xəstə olduğu üçün məhkəməyə gəlmədiyi bəlli olub. O, psixiatriya xəstəxanasında müalicə olunur. Digər zərərçəkən İqor Kolesnikov isə prosesdə iştirak edib. O, hazırda insan alveri qurbanları ilə üçün yaradılan düşərgədə yaşayır.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 5-də davam etdiriləcək.
İttihama görə, T.Rzayev Azərbaycan vətəndaşları olan A.Kolesnikov və İ.Kolesnikovu 17 ilə yaxın Abşeron rayonunda yerləşən donuzkökəltmə fermasında qul kimi işlədib əməyini istismar edib. Onlar 2016-ci il aprelin 28-də saxlanılıb. Lakin onlar həbs edilməyiblər, barələrində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər