Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisi müavinini şantaj etməklə pul almaqda təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Təhsil-press.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatına olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, V.Dadaşova ibtidai sinfə qədər uşaqlara hazırlıq keçib.
O, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov barəsində internetə məlumat yerləşdirməklə onu şantaj etməkdə ittiham edilir.
İstintaq dövründə azadlıqda olan V.Dadaşova barəsində bugünkü iclasda həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.
Təhsil-press.az