BDU-nun 100 illiyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək

BDU-nun 100 illiyi Avrasiya Universitetlər Assosiasiyasında qeyd ediləcək Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadoniçi Bakı Dövlət Universitetinin rektoru, qeyd edilən Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmova məktub ünvanlayıb.
Məktubda Avrasiya Universitetlər Assosiasiyasının 2019-cu ildə keçiriləcək əsas tədbirləri sırasına Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinin də əlavə edilməsi əksini tapıb. Assosiasiyanın prezidenti, eyni zamanda, akademik Abel Məhərrəmovun qurumda aktiv fəaliyyətini yüksək qiymətləndirib. Viktor Sadovniçi həmçinin Assosiasiyaya daxil olan universitetlərin beynəlxalq əlaqələrinin genişlənməsində, vahid elmi-təhsil mühitinin saxlanmasında və təhsil ocaqları arasında dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə Abel Məhərrəmova təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, bir müddət əvvəl Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2019-cu ildə UNESCO səviyyəsində qeyd olunması ilə bağlı qurumun Baş Konfransı 39-cu sessiyasında qərar qəbul edib.

Kəmalə Rəhimli



Oxşar xəbərlər