BDU-nun prorektoru İradə Əliyeva Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində iştirak edib

BDU-nun prorektoru İradə Əliyeva Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində iştirak edib Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Dağıstan Dövlət Universitetinin 85 illik yubileyi və Xəzəryanı Dövlətlərin Universitetlər Assosiasiyasının XIX Baş Assambleyasının iclasında iştirak edib.
Xarici ölkələrdən rəsmi qonaqlar və rektorların iştirak etdiyi tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Dağıstan Dövlət Universitetinin 85 illik yubileyi ilə əlaqədar video- təbriki təqdim edildikdən sonra prorektor  İradə Əliyeva universitetin fəaliyyətini əks etdirən məruzə ilə çıxış  edib. Prorektor BDU-nun regional inteqrasiya proseslərində aktiv iştirakından bəhs edib, perspektiv plan və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində konkret təkliflər irəli sürüb. Məruzə ətrafında aparılan müzakirələr zamanı Bakı Dövlət Universitetində təhsil və elm sahəsində əldə edilən yeniliklər, müasir şəraitdə əməkdaşlıq istiqamətlərində perspektivlər barədə danışılıb. Qeyd edək ki, yubiley tədbirində BDU-nun Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev də iştirak edib.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər