İstanbulda Ərdoğan və Ruhaninin görüşü keçirilir

İstanbulda Ərdoğan və Ruhaninin görüşü keçirilir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda iranlı həmkarı Həsən Ruhani ilə görüşü keçirilir.
Görüşdə liderlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısının yekunlarını və regional məsələləri müzakirə edirlər.
Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.
Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.
Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.

Tehsil-press.az


Oxşar xəbərlər