Prezidentlər Dağlıq Qarabağdakı son döyüşləri müzakirə ediblər.
Aprelin 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.
Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.
Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəbər verdiyimiz kimi Azərbaycan və Türkiyə prezidentləri Mabeyn iqamətgahında baş tutan rəsmi görüşdən sonra şam yeməyi üçün Savarona yaxtasına gediblər. Tehsil-press.az-n məlumatına görə, yaxtada İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısında iştirak edəcək ölkə liderlərinin şərəfinə şam yeməyi verilir. Ərdoğan isə Savarona yaxtasına digər ölkələrin prezidentləri ilə deyil, İlham Əliyevlə birlikdə gəlib.
tehsil-press.az