Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tehsil-press.az-ın xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, E. Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu, Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gedib, gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Nəticədə E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.
Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.
Tehsil-press.az [/size]