Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində orta musiqi məktəbinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DTX rəisi, general-polkovnik Mədət Quliyev çıxış edərək musiqi məktəbinin müəllim-şagird kollektivini təbrik edib.
M.Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:"Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq arenada milli tariximizin, incəsənətin, musiqinin, o cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün çox böyük töhfələr verib, möhtəşəm layihələr həyata keçirilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən mədəni tədbirlər, beynəlxalq musiqi və mahnı müsabiqələri dünyaya səs salıb. Ümummilli lider Heydər Əliyevin yaratdığı Musiqi məktəbi bu gün də diqqət mərkəzindədir.Bu musiqi məktəbində ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva təhsil alıb".
Tədbirdə məktəbin əməkdaşlarına mükafatlar və fəxri adlar təqdim olunub.
Hüseyn Şərifov